“Fransanın “Total” şirkətinin Azərbaycandakı fəaliyyəti hasilatın pay bölgüsünə və beynəlxalq müqavilələrə əsaslanır”.
Oxu.Az-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanla Fransa arasındakı gərginliklə qeyd olunan məsələ qarışdırılmamalıdır. “Çünki Fransa şirkətləri Azərbaycanda beynəlxalq müqavilələrlə çalışır. Eyni zamanda onların öhdəlikləri də var”, – deyə nazir bildirib.
www.102info.az