Qlobal əqdlərin həcmi 2013-cü ildən bəri ilk dəfə üç trilyon dollardan aşağı düşüb.
Sonuncu dəfə 2008-2009-cu illərdə elan edilmiş əqdlərin dəyəri iki il ardıcıl olaraq 10%-dən çox azalıb.
Analitiklər bildirirlər ki, yüksək faiz dərəcələri, geosiyasi gərginlik və tənzimləyici narahatlıqlar qlobal sövdələşmələrin artımında iki illik fasiləyə səbəb olub.
“Financial Times” London Fond Birjasının (LSE) məlumatlarına istinadən yazır ki, 2023-cü ildə dünya üzrə təxminən 2,9 trilyon dollarlıq əqd bağlanıb ki, bu da 2022-ci illə müqayisədə 17% azdır.
Nəşr vurğulayır ki, ən kəskin azalma Avropada baş verib – il ərzində 28%. Asiya-Sakit okean regionu ölkələrində isə əqdlərin həcmi 25% azalıb. ABŞ bu mənada digərlərindən daha az zərər çəkib, burada azalma 6% təşkil edib.
Analitiklər biznes fəallığının, birləşmə və satınalmaların 2024-cü ilin əvvəlində deyil, ikinci yarısında başlayacağını proqnozlaşdırırlar.
www.102info.az