Gizli beynəlxalq pul köçürmə sistemi qurmuş əcnəbi Bakıda həbs edildi

Dünya


Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə xarici ölkə vətəndaşı Safari Hamid Qafur barədə həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun dövlət qeydiyyatından gizli qanunsuz beynəlxalq pul köçürmələrinin təşkili ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanıldığı müəyyən edilib.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-1-ci maddəsində nəzərdə tutulan və digər cinayət əməllərini törətməyə görə məsuliyyətə cəlb edilmiş Hamid Safari milyonlarla manat dəyərində ümumilikdə 1 379 gizli valyuta köçürmə əməliyyatlarını təşkil etməkdə ittiham edilir.

Qeyd olunan kölgə iqtisadiyyat şəbəkəsi vasitəsilə Azərbaycana keçirilmiş həmin pul vəsaitlərinin çatdırıldığı şəxslər sırasında müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslər, habelə müxtəlif radikal ekstremistyönümlü qruplar da olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir