Türkiyənin İsparta şəhərində 130 tələbə qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Yalvaç rayonunda qız və oğlan yataqxanasında olan tələbələr şam yeməyindən sonra özlərini pis hiss ediblər. Onları dərhal Yalvaç Dövlət Xəstəxanasına çatdırıblar.
Qeyd edək ki, xəstəxanada müalicəsi başa çatan 11 tələbə evə buraxılıb, digər tələbələrin müalicəsi isə davam etdirilir.
Mənbə: trthaber
www.102info.az