İranda İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əlaqəsi olan dörd nəfər edam edilib.
Bu barədə İran yerli hakimiyyət orqanları bildirib.
Məlumata görə, İsrail strukturları ilə əməkdaşlıq işi ilə bağlı ümumilikdə on nəfər həbs edilib.
Əyalət məhkəməsinin qərarından Vəfa Hənare, Aram Öməri, Rəhman Pərhazo və Nəsim Namazinin pul mükafatı müqabilində İran hüquq-mühafizə orqanları əməkdaşlarının evlərini və maşınlarını yandırdıqları məlum olub. İddia edilir ki, bu yolla məhkumlar ölkənin təhlükəsizliyini pozmaq niyyətində olublar.
Mənbə: kommersant.ru
www.102info.az