ABŞ-nin Yaxın Şərqdəki hərbi bazası raket hücumuna məruz qaldı

Dünya


İraqın İslami Müqavimət Hərəkatına aid silahlı birləşmələr Suriyanın Həsəkə vilayətinin cənubundakı ABŞ hərbi bazasına raket zərbələri endirib.

Məlumata görə, Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşən hərbi obyektə çoxsaylı reaktiv raket sistemlərindən atəş açılıb.

Bildirilir ki, hücum zamanı bazada bir neçə partlayış baş verib.

Mənbə: TASS

www.102info.az