Fənərbağça” – “Qalatasaray” matçının ləğvi ilə bağlı Səudiyyə Ərəbistanından ilk RƏSMİ AÇIQLAMA

Dünya


Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan və Atatürk pankartları, köynəkləri və İstiqlal Marşının (Türkiyənin dövlət himni – red.) qadağan edilməsi səbəbindən ləğv edilən Super Kubokun “Fənərbağça” – “Qalatasaray” matçı ilə bağlı Səudiyyə Ərəbistanından ilk rəsmi açıqlama gəlib.

Bu barədə Super Kubok matçının təşkilatçısı “Riyad Season” bəyanat verib.

Bəyanatda Türkiyə ilə yaxın münasibətlərdən qürur duyduqları, lakin matçın beynəlxalq futbol qaydalarına uyğun keçirilməsinə üstünlük verildiyi bildirilib.

“İlk növbədə vurğulamaq istərdik ki, qardaşımız Türkiyə Cümhuriyyəti ilə müxtəlif sahələrdə yaxın əlaqələrimizdən qürur duyuruq.

Matçın beynəlxalq futbol qaydalarına və reqlamentlərinə uyğun olaraq, idmanın əhatə dairəsi xaricində heç bir şüar olmadan keçirilməsini səbirsizliklə gözləyirdik.

Bu məsələ Türkiyə Futbol Federasiyası ilə oyundan əvvəl keçirilən hazırlıq toplantıları çərçivəsində xüsusilə müzakirə olunub. Biz matçın beynəlxalq qaydalara uyğun olaraq keçirilməsinin zərurliyini vurğuladıq. Hər iki komandanın razılaşmaya və qaydalara əməl etməməsi təəssüf doğurur”, – deyə “Riyad Season”dan bildirilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında keçiriləcək “Fənərbağça” – “Qalatasaray” Super Kubok oyunu təxirə salınıb. Buna səbəb arenada Mustafa Kamal Atatürkün pankartları, köynəklərindən istifadənin və İstiqlal Marşının səsləndirilməsinin qadağan edilməsi olub. Bu qadağa hər iki komandanı qəzəbləndirib və matçı protest edərək birgə bəyanatla çıxış ediblər.

“Atatürkə hörmətsizlik edən heç bir ölkə və ya qurumla əməkdaşlıq etməyəcəyik. Bu matçı oynamaqdan imtina edirik. Atatürkün izindəyik və onun dəyərlərini qorumağa davam edəcəyik”, – deyə bəyanatda bildirilib.

Mənbə: Haberport.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir