Türkiyədə Səudiyyə Ərəbistanı səfirliyinin qarşısına dövlət bayrağı və Atatürk pankartları asılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş özünün “X” sosial şəbəkə hesabından məlumat verib və müvafiq görüntüləri paylaşıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında oynanılacaq Türkiyə Superkuboku qarşılaşması ləğv edilib. Buna səbəb yerli hakimiyyətin arenada Atatürk pankartları, köynəkləri və İstiqlal Marşını (Türkiyənin dövlət himni – red.) qadağan etməsi olub.
Suudi Arabistan Büyükelçiliğinin bulunduğu sokağı Bayrağımız ve Atatürk posterleriyle donatıyoruz.
Ne mutlu Türküm diyene. 🇹🇷 pic.twitter.com/ju9OGxX730
— Mansur Yavaş (@mansuryavas06) December 29, 2023
www.102info.az