Türkiyənin İstanbul şəhər sakini ov tüfəngi ilə qonşusunu güllələyib.
Şəhərin Esenyurt rayonunda baş verən hadisə zamanı Samet adlı şəxs əvvəllər də mübahisə etdiyi qonşusunun onun evini izlədiyini iddia edib və qonşusunun evinə atəş açmağa başlayıb. “Sənə demədimmi ki, bu evi izləmə, səni güllə atəşinə tutacağam”, – deyə o qışqırıb.
Sərxoş olan Samet söyüş və təhqirlər yağdıraraq atəş açmağa davam edib.
Güllələrdən biri pəncərədən keçərək digər qonşunu yaralayıb, lakin onun həyati təhlükəsinin olmadığı məlum olub.
Hadisə yerinə çox sayda polis qrupları gəlib və atəş edən şəxs saxlanılıb.
Samet, hətta saxlanıldığı zaman belə hədə-qorxularına davam edib. “Çıxım, sizinlə görüşəcəyəm”, – deyə o, digər qonşularını da təhdid edib.
Mənbə: İHA
www.102info.az