Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində terrora qarşı növbəti əməliyyat həyata keçirib.
Əməliyyat zamanı PKK/YPG terror təşkilatının pul dövriyyəsinə məsul üzvü, “Viyan” kod adlı Remziye Altığ zərərsizləşdirilib.
Araşdırmalar zamanı Remziye Altığın təşkilatın yüksəksəviyyəli əməkdaşlarından aldığı təlimatlar əsasında Suriyada fəaliyyət göstərdiyi müəyyən edilib.
Qadın terrorçu 2016-cı ildən əvvəl Türkiyədə təşkilatçılıq fəaliyyəti həyata keçirib. Mersində PKK/KCK-nın gənclik strukturunun nümayişlərini təşkil edib. Təşkilatın terror aktlarının planlaşdırılması məsələlərində yer alıb. 2016-cı ildə təşkilatın çöllük heyətinə qatılıb və Suriya ərazisindəki fəaliyyətlərdə iştirak edib. Daha sonra PKK/YPG-nin maliyyə strukturunda məsul səviyyədə fəaliyyət göstərməyə başlayıb.
Mənbə: Habertürk
www.102info.az