Britaniya XİN: “İran husilərin Qırmızı dənizdə hücumlarını dayandırmaq üçün təsir göstərməlidir” – FOTO

Dünya


“İran Qırmızı dənizdə gəmilərə hücumları dayandırmaq üçün Yəmənin üsyançı “Ənsar Allah” hərəkatına (husilərə) təzyiq etməlidir”.

Bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron öz “X” hesabında yazıb.

O, iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla telefon danışığı həyata keçirdiyi bildirib.

“Bu gün Əmir Abdullahyanla Qırmızı dənizdə həm günahsız insanların həyatı, həm də qlobal iqtisadiyyat üçün təhlükə yaradan hücumlar barədə danışdım. İranın bu hücumların qarşısının alınmasında məsuliyyəti digər ölkələrlə bölüşməli olduğunu açıq şəkildə bildirdim, çünki o, uzun müddətdir husiləri dəstəkləyib”, – Kemeron yazıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir