Şimali Koreya lideri Kim Çen In və Çinin sədri Si Cinpin yeni il üçün təbrik teleqramları mübadiləsi edərək, 2024-cü ili “Koreya-Çin dostluğu ili” elan ediblər.
Məlumata görə, 2024-cü ildə tərəflər diplomatik münasibətlərin qurulmasının 75 illiyini qeyd edəcəklər.
Kim Çen In “sosializm uğrunda mübarizədə bərqərar olmuş və möhkəmlənmiş Koreya-Çin dostluğunun sarsılmazlığının yeni ildə tam şəkildə nümayiş olunacağına əminliyini” ifadə edib.
Si Cinpin isə öz növbəsində vurğulayıb ki, “son illərdə hər iki tərəfin birgə səyləri sayəsində ənənəvi Çin-Koreya dostluq və əməkdaşlıq münasibətləri yeni tarixi dövrə qədəm qoyub”.
Liderlər KXDR və ÇXR-ə firavanlıq, hər iki ölkənin sakinlərinə xoşbəxtlik arzulayıblar.
Mənbə: TASS
www.102info.az