“Akvamen”in davamı uğursuz oldu

Dünya


“Akvamen və İtirilmiş Krallıq” filmi yerli və beynəlxalq kinokassada aşağı nəticə göstərib və 2023-cü ildə “DC” kino şirkətinin ardıcıl dördüncü böyük uğursuzluğu olub.

Daha əvvəl “Şazam 2! Tanrıların qəzəbi”, “Fleş” və “Mavi böcək” komikslərinin film adaptasiyaları da eyni aqibəti yaşayıb.

Keçən həftəsonu yeni “Akvamen” Şimali Amerikada cəmi 19,5 milyon dollar toplaya bilib. Onun ABŞ kinoteatrlarında ümumi qazancı 84 milyon dollara, dünya üzrə isə 258 milyon dollara çatıb.

Halbuki, təkcə filmin istehsal büdcəsi 205 milyon dollar olub. Buraya reklam və tanıtım xərcləri də əlavə olunarsa “Akvamen 2”nin ən azı 500-550 milyon dollar qazanması lazımdır. Belə dinamika ilə tələb olunan nəticəni əldə etmək isə mümkün deyil.

Mənbə: kinonews.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir