“Rus Lotosu”nun Yeni il buraxılışının nəticələrinə görə Rusiyada üçüncü lotereya milyarderi bəlli olub.
Lotereyanın “Stoloto” adlı distribyutoru xəbər verir ki, bilet Tümendə alınıb.
“İlkin məlumatlara görə, tirajın nəticələrinə əsasən sahibinə bir milyard rubl məbləğində uduş gətirən lotereya bileti Tümendə əldə olunub”, – deyə şirkətdən bildirilib.
“Stoloto” bilet sahibini təbrik edib və uduşu qeydiyyata almaq üçün onu şirkətin Moskvadakı lotereya mərkəzində gözlədiyini qeyd edib.
Mənbə: gazeta.ru
www.102info.az