Yeni komandası Ueyn Runiyə cəmi üç ay tab gətirdi

Dünya


Ueyn Runi “Birmingem”in baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

Bildirilir ki, Çempionşip təmsilçisi komandanın pis nəticələrinə görə ingiltərəli mütəxəssislə yolları ayırıb.

Ueyn Runi 2023-cü ilin oktyabrından “Birmingem”i çalışdırırdı.

Onun rəhbərliyi altında İngiltərə klubu 15 oyun keçirib, iki qələbə qazanıb, üç matçda uduzub və dörd oyunda heç-heçə edib.

Xatırladaq ki, “Birmingem” hazırda Çempionşip cədvəlində 20-ci yerdədir.

Mənbə: Championat.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir