“Musa Qurbanlı 2024-cü ildə komandada qalacaq”.
Bunu “Yurqorden” klubunun idman direktoru Bosse Andersson Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının İsveç təmsilçisindəki taleyi ilə bağlı danışarkən deyib.
Funksioner 21 yaşlı hücumçunun komandadan getməyəcəyini bildirib:
“O, ötən mövsümkü çıxışından məyusdur. Həmçinin, daha çox çalışmaq istədiyini göstərir. Ondan nələrin tələb olunduğunu da anlayır”.
Bosse Andersson Musa Qurbanlıya inamlarını itirmədiklərini söyləyib:
“Cəmi altı aydır ki, bizimlədir. Onunla uzunmüddətli müqavilə imzalamışıq. Kimdənsə belə qısa zamanda çox şey tələb etmək ağlabatan deyil. Bəzən vaxt lazımdır”.
Qeyd edək ki, Musa Qurbanlının klubu ilə müqaviləsi 2026-cı ilədək qüvvədədir.
Mənbə: “Fotbolldirekt” nəşri
www.102info.az