Qazaxıstanda kafe binası uçdu: Ölənlər və yaralananlar var – VİDEO

Dünya


Qazaxıstanın Uralsk şəhərində kafenin yerləşdiyi bina çöküb. Hadisəyə qaz-hava qarışığının partlaması səbəb olub.

Nəticədə iki nəfər ölüb, altı nəfər yaralanıb.

Bu barədə Qərbi Qazaxıstan vilayətinin Fövqəladə Hallar Departamentinin Mətbuat Xidmətindən məlumat verilib.

“Hazırda Fövqəladə Hallar Departamentinin qüvvələri tərəfindən dağılmış tikililərin altından altı nəfər tapılaraq çıxarılıb, onlardan beşi tibb müəssisələrinə çatdırılıb, bir nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib. Həmçinin iki nəfərin öldüyü məlum olub, onların şəxsiyyəti müəyyənləşdirilir”, – deyə məlumatda bildirilib.

Dağıntıların təmizlənməsi istiqamətində işlər davam etdirilir.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir