Yaponiyanın “Earth Corporation” şirkətinin qeyri-adi ənənəsi var: son dörd onillikdə Ako şəhərindəki buddist məbədində “transsendensiya mərasimi” keçirilir.
Qeyd olunur ki, bütün bunlar dezinfeksiyaedici maddələrin sınaqdan keçirilməsi zamanı ölən həşəratlara ehtiram göstərmək üçün nəzərdə tutulub.
“Earth Corporation” özünü “Yaponiyanın 1 nömrəli məişət insektisid şirkəti” adlandırır. Tədqiqat zamanı həşəratların əbəs yerə ölmədiyini göstərmək üçün şirkət buddizmin ən yaxşı ənənələrindən olan fəxri “transsendensiya mərasimi” keçirir.
Qeyd olunur ki, sonuncu belə ritualda korporasiyanın 80 əməkdaşı iştirak edib, keşiş öldürülmüş onlarla ağcaqanad, gənə, milçək, tarakan və digər həşəratların portretləri qarşısında dualar oxuyub.
Şirkət məhsullarını sınaqdan keçirmək üçün ildə 1 milyondan çox tarakan və 100 milyondan çox gənə yetişdirir, buna görə də elm və insan rahatlığı naminə ölənləri xatırəsini hörmətlə anılmalı olduğunu hesab edir.
Mənbə: news.ru
www.102info.az