Türkiyədə yaşayan dünyaşöhrətli azərbaycanlı alim, Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü professor Aygün Attara iki mükafat təqdim ediləcək.
APA xəbər verir ki, İstanbulda “Güclü Qadınlar, Güclü Sabahlar” adlı tədbir yanvarın 9-da keçiriləcək.
Tədbirdə öz sahələrində uğur hekayələri yazan qadınlar iştirak edəcəklər. Mərasimdə çox əhəmiyyətli şəxslərdən ibarət münsiflər heyəti tərəfindən verilən mükafatlar təqdim olunacaq.
Bu il “Elite Wold Taksim Hotel”də keçiriləcək tədbirdə “Türk Dünyası Mükafatı” kateqoriyasında professor Aygün Attara mükafatın təqdim edilməsi qərara alınıb.
Professor Attar, “Beynəlxalq Sülh və Akademiya” mükafatına da layiq görülüb. Beynəlxalq Diplomatik Assosiasiyanın DMW mükafatlandırma mərasimi mart ayında Frankfurtda baş tutacaq.
www.102info.az