Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-yə ukraynalı əsirlərin əvəzində onun ailəsinə qarşı sanksiyaların ləğv olunmasını təklif edib. O, əsirlərin siyahısını bir gün əvvəl Qroznıya gələn ABŞ-li keçmiş kəşfiyyatçı Skott Ritterə verib.
“Donetskdən, Luqanskdan götürdüyümüz əsirlərimiz var. Mən siyahını qonağımıza ötürürəm (Skott Ritter), əgər anamdan, qızlarımdan və günahsız insanlardan, atlardan sanksiyaları qaldırsalar, biz bu insanları verəcəyik”, – deyə Kadırov bildirib.
Mənbə: ura.news
www.102info.az