Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə paytaxt Kiyevdə hava həyəcan siqnalı davam etsə də, heç bir hücum qeydə alınmayıb:
“Buna baxmayaraq, bir qədər qərb istiqamətində – Xmelnitski vilayətində yenidən dron hücumları olub. Lakin heç bir partlayış və dağıntı qeydə alınmayıb. Bildirilib ki, Ukrayna Hava Hücumundan Müdafiə Sistemi Belarus ərazisindən istiqamət götürən İran istehsalı olan bu dronları havada olarkən zərərsizləşdirib”.
Mübariz Aslanov qeyd edib ki, qondarma respublika olan Luqanskda uzun illərdir yaşayan azərbaycanlı İbrahim Əliağayev və Ruslan Əsədov itkin düşüb:
“İtkin düşənlərin yaxınları bu iki azərbaycanlı ilə bir həftədən çoxdur əlaqə saxlaya bilmirlər. Onların axtarışı ilə isə yalnız yaxınları məşğul olurlar”.
www.102info.az