Alimlər 17 minə yaxın COVID xəstəsinin ölümünə səbəb olan həkim səhvini tapdılar

Dünya


Koronavirus pandemiyasının ilk dalğası zamanı malyariya əleyhinə preparat olan “Hidroksixloroxin” dərmanının qəbulu səbəbindən Belçika, İspaniya, Fransa, İtaliya, ABŞ və Türkiyədə 16,9 minə yaxın xəstə ölmüş ola bilər.

Bu qənaətə fransız alimləri gəliblər və bununla bağlı araşdırmanın nəticələri “Biomedicine & Pharmacotherapy” jurnalında dərc olunub.

“Bu dərmanların qəbulunun effektivliyinə dair sübutların aşağı səviyyədə olmasına baxmayaraq, COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən xəstələrə “Hidroksixloroxin” təyin edilib. Xəstəxanaya yerləşdirilən xəstələrdən “Hidroksixloroxin” qəbul edərək ölənlərin sayı 16,9 min nəfər olaraq qiymətləndirilib”, – deyə materialda bildirilib.

Eyni zamanda ekspertlər xəbərdarlıq ediblər ki, bu dərmandan ölənlərin sayı daha çox ola bilər, belə ki, tədqiqat 2020-ci ilin mart-iyul aylarını əhatə edir.

Alimlər həmçinin ona diqqəti yönəldiblər ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin iyun ayında “Hidroksixloroxin”in koronavirus xəstələrinin müalicəsi üçün sınaqdan keçirilməsini dayandırıb, çünki xəstələrdə ürək problemləri kimi yan təsirlər aşkar edilib.

Mənbə: Life.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir