Türkiyənin Antalya şəhərinin Bələk bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” klubu ilk yoxlama oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Miodraq Bojoviçin rəhbərlik etdiyi komanda “Ərzurumspor” ilə qarşılaşıb.
Matç Türkiyənin I Liqa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib. “Neftçi”nin heyətində 10-cu dəqiqədə Rəhman Hacıyev fərqlənib.
“Ağ-qaralar” yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində daha bir oyun keçirəcək. Yanvarın 13-nə nəzərdə tutulan sınaq matçındakı rəqib hələ müəyyənləşməyib.
12:02
Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” klubu bu gün ilk yoxlama oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, Miodraq Bojoviçin rəhbərlik etdiyi komanda “Erzurumspor” ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. “Neftçi” yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində daha bir oyun keçirəcək.
Yanvarın 13-nə nəzərdə tutulan sınaq matçındakı rəqib hələ müəyyənləşməyib.
www.102info.az