Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah”ın ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib.
Klubun Mətbuat Xidmətinin verdiyi məlumata görə, Murad Musayevin rəhbərlik etdiyi komanda Rumıniya “Rapid”i ilə qarşılaşacaq.
Görüş yanvarın 9-da, Bakı vaxtı ilə saat 18:00-da “Mardan” İdman Kompleksinin ehtiyat meydanında baş tutacaq.
“Sabah”ın Antalyadakı hazırlıq prosesi yanvarın 15-dək davam edəcək. Paytaxt təmsilçisi Türkiyədə daha bir yoxlama matçı keçirməyi planlaşdırır.
www.102info.az