Qazaxıstanın Almatı şəhəri yaxınlığında saat 9:10-da (Bakı vaxtı ilə 7:10-da) zəlzələ baş verib.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, 4,6 maqnitudalı zəlzələnin episentri Almatıdan 55 kilometr şərqdə, 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və itkilər barədə məlumat verilmir.
Mənbə: Sputnik Qazaxıstan
www.102info.az