Tramp: “Bayden seçkidən əvvəl ABŞ-ni məhv edə bilər”

Dünya


ABŞ-nin keçmiş lideri Donald Tramp bildirib ki, hazırkı Prezident Co Bayden üçüncü dünya müharibəsinə başlaya və ABŞ-ni hələ prezident seçkisindən əvvəl məhv edə bilər.

“Seçkiyə az qalsa da, kifayət qədər vaxt var… Son 10 ay ərzində onlar (Co Baydenin administrasiyası) ölkəmizi tamamilə məhv edə bilərlər”, – deyə siyasətçi bildirib.

Tramp, həmçinin qeyd edib ki, o, Baydendən fərqli olaraq dünya liderləri ilə necə anlaşacağını bildiyi üçün Ukrayna və Yaxın Şərqdə münaqişələrə imkan verməyəcək. O əlavə edib ki, özü ABŞ-ni xilas etməyə qadir olan yeganə dövlət başçısı namizədidir.

Mənbə: gazeza.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir