Türkiyənin paytaxtı Ankaranın Yenimahalle rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Qeyd olunur ki, yağış səbəbindən sürüşkən olan Konya yolunda baş verən zəncirvari qəzada 26 avtomobil toqquşub. Qəzada 3 nəfər yüngül xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım dəstələri sövq edilib.
Qəzada yüngül yaralanan 3 nəfərə ilkin tibbi müdaxilə edildikdən sonra onlar xəstəxanaya aparılıblar. Bəzi avtomobillər evakuatorlarla qəza yerindən uzaqlaşdırılıb və bir müddət nəqliyyatın hərəkəti nəzarət altına alınıb.





Mənbə: Anadolu Ajansı
www.102info.az