Gürcüstanın paytaxtı Tbilisidəki Müqəddəs Üçlük Kafedralında İsa Peyğəmbərin mövludu günü – Milad bayramı münasibətilə ilə keçirilən bayram mərasimində Sovet dövlətinin lideri İosif Vissarionoviç Stalinin ikonası nümayiş etdirilib.
Görüntüləri sosial şəbəkələrdə gürcüstanlı tarixçi və siyasətçi Giorgi Kandelaki paylaşıb.
O qeyd edib ki, minlərlə din xadiminin, gürcü vətənpərvərin ölümünə fərman verən şəxsin ikonasının kilsədə nümayiş etdirilməsi hiddət doğurur.
Tarixçi hesab edir ki, Stalinin ikonasının kilsəyə yol tapması Rusiya informasiya maşınının uğuru da hesab etmək olar.
www.102info.az