Yanvarın 1-də Yaponiyada baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 161-ə çatıb.
Məlumatı İşikava prefekturasının regional hakimiyyət orqanları yayıb.
Qeyd olunub ki, zəlzələ nəticəsində azı 560 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xilasedicilər daha 165 nəfərin yerini hələ müəyyən edə bilməyiblər.
Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.
Mənbə: TASS
www.102info.az