ABŞ-nin Suriyadakı hərbi bazasına 30 raket atılıb

Dünya


Suriyada “Əl-Ömər” neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazası raket atəşinə tutulub.

Məlumata görə, hücum ABŞ-nin İraq və Suriya arasında Əl-Qaim – əl-Bukamal sərhəd keçid məntəqəsindən keçən yük maşınının hədəf alınmasına birbaşa cavab olub.

Qeyd olunur ki, ABŞ bazasına 30 raket atılıb, buraxılış Suriyadan həyata keçirilib.

Mənbə: Al Mayadeen

www.102info.az