ABŞ-nin “Sportinq Kanzas Siti” klubu MLS-də (“Major League Soccer” – ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı – red.) “İnter Mayami”yə qarşı keçirəcəyi oyunun yerini dəyişdirib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd olunub ki, buna hücumçu Lionel Messinin oyununa azarkeşlərin inanılmaz marağı səbəb olub.
“Sportinq Kanzas Siti”nin prezidenti Ceyk Ridin sözlərinə görə, “İnter Mayami” ilə matç klubun tarixində görünməmiş marağa səbəb olub.
Bununla əlaqədar klub oyunu 76 min tamaşaçı tutumu olan “Arrowhead Stadium”a keçirməyi qərar verib.
Qeyd edək ki, “Sportinq Kanzas Siti”nin ev oyunlarını keçirdiyi stadion 18 min tamaşaçı tutumuna malikdir.
Mənbə: Championat
www.102info.az