İngiltərə Liqa Kubokunun ilk yarımfinal matçı baş tutub.
“Riversayd” stadionunda “Midlsbro” London “Çelsi”si ilə qarşılaşıb.
Oyunda gözləntilərin əksinə olaraq meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.
Matçın yeganə qolu 37-ci dəqiqədə vurulub. “Midlsbro”nun 21 yaşlı yarımmüdafiəçisi Hayden Ris Hekni fərqlənib.
Bu komandalar arasında cavab oyunu yanvarın 23-də Londonda keçiriləcək. İkinci yarımfinalda isə “Liverpul” və “Fulhem” üz-üzə gələcək.
www.102info.az