Çinin Ekvadordakı diplomatik nümayəndəlikləri çərşənbə günündən etibarən fəaliyyətlərini dayandırıb.
Bu barədə ölkədəki səfirliyinin saytında dərc olunmuş məlumatda bildirilir.
“Ekvadordakı səfirlik və konsulluqlar yanvarın 10-dan (çərşənbə axşamı) növbəti xəbərdarlığa qədər ziyarətçilərlə fəaliyyətlərini dayandıracaq”, – deyə Çin səfirliyinin saytındakı bəyanatda deyilir.
Qeyd edək ki, yanvarın 7-də Fito ləqəbli “Los Çoneros” dəstəsinin lideri həbsxanadan qaçdıqdan sonra Ekvadorda təhlükəsizlik vəziyyəti daha da pisləşib. Bundan sonra bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar baş verib. Yanvarın 8-də Noboa ölkədə fövqəladə vəziyyət elan edib və komendant saatı tətbiq edib.
Mənbə: TASS
www.102info.az