İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı – FOTO

Dünya


Yanvarın 7-də İranın paytaxtı Tehranda 11 yaşlı məktəbli oğlan ailəsi evdə olmadığı vaxt özünü yataq otağında anasının baş örtüyü ilə asaraq, intihar edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Hadisə zamanı oğlum evdə tək olub və niyə intihar etdiyini bilmirəm. O, çox xoşbəxt idi”, – deyə məktəblinin anası bildirib.

Qeyd olunub ki, ananın bu ifadələrindən sonra Tehran Cinayət Məhkəməsində cinayət işi açılıb və bildirilib ki, şagirdin intihar səbəbinin müəyyən olunması üçün araşdırmalar davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir