Pakistanda namizədlərə silahlı hücum: Ölənlər var – FOTO

Dünya


Pakistanın Hayber Paxtunxva əyalətində parlament seçkisində iştirak etmək üçün qeydə alınmış müstəqil namizəd Malik Kalim Ullah Xan güllələnib.

Hadisə Kalim Ullah Khan iki mühafizəçinin müşayiəti ilə Miranşah şəhərindən evə qayıdarkən baş verib. Hücum nəticəsində mühafizəçilər də həlak olublar.

Hazırda heç bir qruplaşma sui-qəsddə məsuliyyəti üzərinə götürməyib.

Bundan əvvəl də Bəlucistan əyalətində Pakistan Müsəlman Liqası – Nəvaz Partiyasından (PML-N) namizəd Mir Aslam Bulediyə silahlı hücum olub. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Hücumlar ölkədə fevralın 8-nə təyin edilmiş ümumi seçkiyə hazırlıq ərəfəsinə təsadüf edib. Yerli medianın məlumatına görə, İslam Respublikasındakı müxtəlif siyasi partiyaların mümkün tənqidlərinə baxmayaraq, təhlükəsizliklə bağlı vəziyyətin daha da pisləşməsi səsvermə tarixinin təxirə salınması üçün əsas ola bilər.

Mənbə: Voiceofeurope.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir