Türkiyənin energetika naziri: “Gündəlik 32 min bareldən çox neft hasil edirik”

Dünya


Türkiyə 30 il ərzində enerji idxalından tamamilə müstəqil olmaq niyyətindədir.

Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “CNN Türk” telekanalına açıqlamasında bildirib.

“Türkiyə xaricdən enerji asılılığı 68% olan ölkədir. Amma Türkiyənin xaricdən asılılığına son qoyması lazımdır. Qarşımızdakı 30 ildə hədəf tam müstəqillikdir. Türkiyənin tələbatları çox böyükdür… Demək olar, bütün Qara dənizi gözdən keçirmişik. Tapacağımız kəşflərlə bu xaricdən asılılığı ölkəmizin gündəmindən çıxaracağıq”, – Bayraktar telekanala bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyə Şırnakda gündəlik 32 min bareldən çox neft hasil edir:

“Hazırda Şırnakda, Qabarda 32 min bareldən çox hasil edirik. Bu, bir gündə hasil edilir. Artıq hasilatı iki dəfə artırmışıq. Məqsəd ilin sonunadək bu rəqəmi yüz min barelə çıxarmaqdır”.

Nazir qeyd edib ki, sözügedən bölgədə tapılan neft cari ilin sonunda tələbatın 20 %-ni qarşılayacaq.

Eyni zamanda, Bayraktar Türkiyədə alternativ enerjinin inkişafının vacibliyinə də toxunub.

“Misal üçün, yanvarın 7-də külək enerjisi ilə elektrik tələbatımızın 28 faizini qarşıladıq”, – nazir vurğulayıb.

Onun fikrincə, binaların damında günəş panelləri quraşdırmaq mümkündür:

“İnsanlar istifadə etmədikləri enerjini sata bilərlər. Elektrik hasil edirsiniz, qurğunuz eyni zamanda depodur, orada ehtiyat toplaya bilərsiniz – hər şey bir-birinə bağlıdır. Bəlkə də, qurğunuzdakı elektriki şəbəkəyə ötürə biləcəksiniz. Proqramlaşdırmanın, süni intellektin iç-içə olduğu bir dünyaya gedirik”, – Bayraktar yekunlaşdırıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir