Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış qrant sazişini təsdiqləyib.
Bununla bağlı “Resmi Gazete” məlumat yayıb.
Saziş 25 dekabr 2023-cü il tarixində Ankarada imzalanıb.
Sazişə əsasən, Türkiyə “Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Tədris Mərkəzi və Fidanlıq Təsərrüfatı” layihəsi çərçivəsində Azərbaycana 250 milyon lirə (hazırkı məzənnəyə əsasən, 14 125 000 manat – red.) qədər qrant verəcək.
Türkiyə adından Xəzinədarlıq və Maliyyə Nazirliyi və Azərbaycan tərəfdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən, Türkiyə tərəfindən verilən qrant layihənin maliyyələşdirilməsinə sərf olunacaq.
Qrant çərçivəsində bütün ödənişlər və əməliyyatlar hər növ vergilərdən, rüsumlardan, xərclərdən və fond ödəmələrindən azad ediləcək.
Qrant sazişi 2025-ci ilin dekabrın 31-dək qüvvədə olacaq.
www.102info.az