Azərbaycan karate millisinin 2024-cü ilin ilk mötəbər yarışı üçün heyəti bəlli olub.
Dünya Karate Federasiyasının (WKF) rəsmi saytının məlumatına görə, Fransanın paytaxtı Parisdə keçiriləcək Premyer Liqada səkkiz idmançımız mübarizə aparacaq.
Reytinq turnirində Əminağa Quliyev, Fərid Savadov (hər ikisi 60 kq), Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (+84 kq), Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq) və üçqat dünya çempionu İrina Zaretska (68 kq) tatami üzərinə çıxacaqlar.
Qeyd edək ki, yanvarın 26-28-i aralığında keçiriləcək Premyer Liqada 58 ölkədən 381 karateçi iştirak edəcək.
www.102info.az