Qərbin Yəmənə hücumları fonunda Qırmızı dənizdə 200-dən çox gəmi var.
Bu barədə “Marinetraffic” xidmətinin məlumatlarından aydın olub.
Qeyd olunur ki, Süveyş kanalı ilə gəmiçilik davam edir.
Xatırladaq ki, yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəmənin müxtəlif bölgələrində dörd əyalətdəki hədəflərə hava zərbələri endirib. Ağ Evin rəhbəri Co Bayden bunu husilərin gəmiçilik azadlığına olan təhdidinə cavab adlandırıb.
Mənbə: RİA Novosti
www.102info.az