PKK terrorçuları Türk Silahlı Qüvvələrinin bazasına hücum ediblər: Şəhid olanlar var – FOTO

Dünya


İraqın şimalında, “Pençe-Kilit” əməliyyatı bölgəsində beş türk əsgəri şəhid olub, üçü ağır olmaqla səkkiz hərbçi yaralanıb.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, cavab tədbirləri nəticəsində 12 terrorçu zərərsizləşdirilib.

Bölgədə əməliyyatların davam etdiyi bildirilib.

Mənbə: ntv.com

www.102info.az

Spread the love