Gənc ekoloji fəal Qreta Tutenberqin Böyük Britaniyanın Hempşir şəhərindəki Vinçester Universitetinin girişində yerləşən bürünc heykəli sökülüb.
Qeyd olunur ki, tələbələrin əksəriyyəti abidədən narazı qalıb və pulların başqa bir məqsədlə xərclənməli olduğunu bildiriblər. Yerli sakinlər Tunberqin İngiltərənin cənub-şərqindəki 50 minlik şəhərlə heç bir əlaqəsi olmadığından şikayətləniblər. Abidə təbiətə qayğı adı altında çirkli pulların yuyulmasının tipik bir nümunəsi adlandırılıb. Bir sıra etirazlardan sonra rəhbərlik abidəni söküb.
Xatırladaq ki, burada Tutenberqin heykəli 2021-ci ilin martında qoyulub. Abidə 24 min funt-sterlinqə (təxminən 52 min manat) başa gəlib.
Bundan sonra heykəl universitetin həyətində gediş-gəliş olmayan bir yerə köçürülüb.
Mənbə: BİLD
www.102info.az