Rusiyanın Nijni Novqorod vilayətində yük maşını ilə işçiləri daşıyan avtobusun toqquşması nəticəsində 11 nəfər xəsarət alıb, bir nəfər (yük maşınının sürücüsü) ölüb.
Bu barədə rayon üzrə Dövlət Əmək Müfəttişliyinin məlumatında deyilir.
Rayon Dövlət Əmək Müfəttişliyindən verilən məlumata görə, hadisə yerində reanimasiya qrupları işləyir. Xəsarət alan işçilərə tibbi yardım göstərilmək üçün tibb müəssisələrinə aparılıb.
Bədbəxt hadisənin səbəbləri araşdırılır.




Mənbə: TASS
www.102info.az