ABŞ Yəməndə husilərin hədəflərinə yenidən zərbə endirdi – FOTO

Dünya


ABŞ Silahlı Qüvvələri ötən gecə husilərin Yəməndəki radiolokasiya stansiyasına zərbələr endirib.

Bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığından (CENTCOM) məlumat verilib.

“Bu zərbə “Carney” təyyarədaşıyıcı gəmi tərəfindən həyata keçirilib və “Tomahawk” yerüstü hücum raketlərindən istifadə edilib. Bu, yanvarın 12-də husilərin ticarət gəmiləri də daxil olmaqla dənizdə üzən gəmilərə hücum etmək qabiliyyətini zəiflətmək məqsədilə endirilən zərbələrin davamı olub”, – deyə CENTCOM-un “X” hesabında paylaşılan bəyanatda bildirilib.

Mənbə: TASS

www.102info.az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir