ABŞ və Britaniyanın Yəməndəki husilərin mövqelərinə hücumu ilə Yaxın Şərqdəki vəziyyət son dərəcə gərginləşib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, İranın da dəstəklədiyi Yəməndəki “Ənsarullah” yaraqlılarının lideri Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ kimi ölkələrə xəbərdarlıq mesajı göndərib. O, mesajında bildirib ki, əgər onlar öz hava məkanlarından ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı hücumlarında istifadə etməsinə icazə verərlərsə, bu, müharibə elan etmək deməkdir.
Qeyd olunub ki, Qətərin paytaxtı Dohada başlayan Asiya Millətlər Kuboku turnirində təhlükəsizliklə bağlı problemlər yaranarsa, oyunlar dərhal ləğv ediləcək.
www.102info.az