İraqın şimalında və Suriyada son 24 saatda keçirilən əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
“Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ən çətin şəraitdə xain hücumun əvəzini PKK terrorçularına ödətməyə davam edirik. Əməliyyatlarımız qətiyyətlə davam edir”, – açıqlamada deyilir.
Xatırladaq ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı doqquz hərbçi şəhid olub.
Şehitlerimizin kanı yerde kalmadı, kalmayacak!
Kahraman Mehmetçik en zorlu arazide PKK’lı teröristlere hain saldırının bedelini ödetmeye devam ediyor.
Son 24 saatte etkisiz hâle getirilen terörist sayısı 57’ye yükseldi. Operasyonlarımız kararlılıkla devam ediyor! 🇹🇷… pic.twitter.com/e1lny2TBMs
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) January 13, 2024
www.102info.az