Böyük Britaniya Qırmızı dənizdəki əməliyyatı üçün ən yeni təyyarədaşıyıcılarını cəlb edə bilmir.
Məlumata görə, Kral Hərbi Dəniz Qüvvələri ciddi heyət problemi yaşayır.
Bəzi gəmilərdə dənizçilər çatışmır.
Məsələn, tanker və yük gəmisi funksiyalarını birləşdirən “Fort Victoria”nın ekipajı təxminən 100 nəfər olmalıdır, amma hazırda xeyli azdır. Bu səbəbdən gəmi hələ də Liverpulda dayanır, baxmayaraq ki, onun təmir işləri başa çatdırılıb.
Mənbə: TASS
www.102info.az