“Real Madrid”in futbolçusu Vinisius Junior Səudiyyə Ərəbistanında “Barselona” ilə İspaniya Superkubokunun final matçında iki unikal nailiyyətə imza atıb. Braziliyalı futbolçu 21-ci əsrdə “El-Klassiko”da ən sürətli “het-trik” həyata keçirib.
O, həmçinin 21-ci əsrdə bütün yarışlarda bir matçın ilk on dəqiqəsində iki qol vuran ilk futbolçu olub.
23 yaşlı oyunçu 39-cu dəqiqədə üç qol vurub.
Bu mövsüm Vinisius İspaniya çempionatında 11 oyun keçirib, dörd qol vurub və bir məhsuldar ötürmə edib.
Qeyd edək ki, 2023-cü ildə İspaniya Superkubokunun finalında “Barselona” “Real Madrid”i 3:1 hesabı ilə məğlub edib.
Mənbə: gazeta.ru
www.102info.az