Azərbaycan idmançısı İspaniya Kubokunda 4-cü yeri tutub

Dünya


Azərbaycanın xizək alpinizmi üzrə milli komandası İspaniya Kubokunda iştirak edib.

Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, idmançılar vertikal növündə öz güclərini sınayıblar.

Yarışda yığma üzvü Nəbiyulla Qalabağıyev 30-a yaxın iştirakçı arasında 4-cü yeri tutub.

Qeyd edək ki, Nəbiyulla Qalabağıyev daha əvvəl Fransanın Flaine bölgəsində təşkil edilən Avropa çempionatında eyni növdə 23-cü olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir