Qvardiola ilin ən yaxşı məşqçisi seçildi

Dünya


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2023-cü ilin ən yaxşı məşqçisi mükafatının qalibini elan edib.

Bu, “Mançester Siti”nin ispaniyalı baş məşqçisi Pep Qvardioladır.

Qeyd edək ki, 52 yaşlı mütəxəssis ötən mövsüm “şəhərlilər”ə eyni vaxtda üç turnirdə – Çempionlar Liqası, İngiltərə Premyer Liqası və İngiltərə Kubokunda qələbə qazandırıb.

Qvardiolanın mükafatı qazanmaq üçün rəqibləri italyan məşqçilər Simone İnzaqi və Luçano Spaletti olub.

Xatırladaq ki, ötən il Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandasını 2022-ci il dünya çempionatında qələbəyə apararaq ən yaxşı məşqçi seçilib.

Mənbə: championat.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir