İngiltərənin “Mançester Siti” klubunun qapıçısı Ederson FİFA tərəfindən 2023-cü ilin ən yaxşı qapıçısı seçilib.
Braziliyalı futbolçu ilə yanaşı, ən yaxşı qapıçı adına ilk üç iddiaçı Tibo Kurtua (“Real Madrid”, Belçika) və Yasin Bono (“Sevilya”, “Əl-Hilal”, Mərakeş) olub.
Ederson bu mövsüm “Mançester Siti”nin heyətində 26 matçda iştirak edib, bu matçlarda 24 qol buraxıb və doqquz dəfə qapısını təmiz saxlayıb. O, klubu ilə 2023-cü ildə Çempionlar Liqası, Premyer Liqa və İngiltərə Kubokunu qazanıb.
Mənbə: championat.com
www.102info.az